Hadisə

Lənkəranda avtomobil piyadanı vurub

Lənkəranda avtomobil piyadanı vurub

Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən qəza baş verib.

Demokrat.az xəbər verir ki,hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Göyşaban kəndi ərazisindən keçən hissəsində bas verib. Yolu keçmək istəyən piyada, rayonun Boladi kənd sakini - 1959-cu il təvəllüdlü Əyyaz Turab oğlu Heydərovu avtomobil vurub. Sürücü dərhal onu Lənkəran Rayon Mərkəzi xəstəxanasına catdırıb. Yaralıya ilkin tibbi yardim göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az