"Artıq neçə gündür axtarış işləri aparırıq. Burada vəziyyət çox çətindir. Bina tamamilə uçub".
Demokrat.az xəbər verir ki, bu sözləri Malatyada azərbaycanlı tələbələrin olduğu binanın qalıqlarını təmizləyən kran sürücüsü Aydın Bey deyib.
Kran sürücüsü bildirib ki, indiyədək aparılmış xilasetmə zamanı bir nəfər də bu binadan sağ çıxmayıb:
"Əlimizdən gələni etməyə çalışırıq. İndiyədək yalnız ölən şəxslər çıxıb. Bir nəfər də olsun sağ çıxmayıb. Allahdan hamısına rəhmət diləyirəm. Əlimizdən gələn bir şey yoxdur. Heç kəsin bu binadan canlı çıxmaq şansı yoxdur. İnşallah, möcüzə olur".
Aynurə


