Gündəm Özəl

"Azərbaycanlı tələbələrin yaşadığı bina tamamən yararsız olub"

Azərbaycanlı tələbələrin yaşadığı bina tamamən yararsız olub

"Malatyada azərbaycanlı tələbələrin yaşadığı bina tamamən yarasız olub".

Demokrat.az xəbər verir ki, bu fikirləri İctimai TV-nin Türkiyədəki müxbiri Ramil Hüseynov deyib.

"Biz dünən qədər bu məkana giriş edə bilmirdik. İndi bu məkan təmizlənib və bura ağır texnikalar cəlb olunub. Burada həyatını itirmiş insanlar artıq çıxarılır. Binanın arxa hissəsində əsasən çox insanların qaldığı bildirilib. Həmçinin bizim tələbələrimizin də həmin hissədə olduğu bildirilib. Az öncə axtarış işlərinin məsul şəxslərindən aldığımız məlumata görə, bina iç quruluşu tamamilə qarışıb. Yəni, axtarışlar zamanı 5-ci mərtəbədən yaşay6an şəxsin cəsədi 2-ci mərtəbədən tapılıb. Belə qarışıqlıq olduğuna görə, insanların harada olması barədə məlumat yoxdur. Mütəxəssislər bu binanın tikilişində böyük nöqsanların olduğunu bildiriblər".

Aynurə

NE
Nihadə Eyyubova