Kahramanmaraşdakı zəlzələdə dağıntılaraltında qalaraq ölənqızının əlini bir an belə buraxmayan MəsudHançer adlı ataya müğənni Ebru Yaşarla həyat yoldaşı Necat Gülsevən yardım edəcəklər.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük M.Hançerə ev alaraq əşyalı halda təslim edəcəklərini bildirib.
Qeyd edək ki,Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb.


