Belçikada Avropa Parlamenti (AP) ilə bağlı aparılan korrupsiya və çirkli pulların yuyulması istintaqı çərçivəsində İtaliyanın Neapol şəhərində parlamentin italiyalı deputatı Andrea Kozzolinonun saxlanıldığı bildirilir.
Demokrat.azxəbər verir ki, İtaliya mətbuatında çıxan xəbərlərə görə, İtaliya polisi AP-də xarici dövlətlərin maraqlarını müdafiə etmək müqabilində maliyyə imtiyazları təmin etməkdə ittiham olunanlar arasında olan Kozzolini həbs etmək üçün Belçika səlahiyyətlilərinin tələbi ilə hərəkətə keçib. Dünən axşam Neapoldakı Kozzolinonun evinə gedən polisin italyan deputatı burada tapa bilmədiyi, daha sonra onu şəhərdəki klinikalardan birindən çıxarkən saxladığı bildirilir. 



