Gündəm Özəl

Zəlzələ zamanı istifadə edilən mobil proqramlar nə dərəcədə etibarlıdır? — FOTO

Zəlzələ zamanı istifadə edilən mobil proqramlar nə dərəcədə etibarlıdır? — FOTO

Son günlər dünyada mobil tətbiqlərdən zəlzələ proqramları yükləyənlərin sayında ciddi artım müşahidə olunur. Ölkəmizdə də bu cür tətbiqlərə maraq artıb. Bəs, bu mobil tətbiqlər nə dərəcədə faydalıdır?

Suallımızı cavablandıran Azərbyacan İnternet Forumunun prezidenti Osman Gündüz Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür mobil proqramlar zəlzələ zamanı əlçatanlığı təmin edə bilər:

Zəlzələ zamanı istifadə edilən mobil proqramlar nə dərəcədə etibarlıdır? — FOTO
"Dünyada zəlzələ ilə bağlı müxtəlif cür xəbərdarlıq etmə proqramları var. Biz buna "SOS" deyirik. Bu cür proqramlarla vətəndaşları məlumatlandırmaq mümkündür. Bizdə Fövqəladə Hallar Nazirliyində bu proqram olmalı idi. Söhbət "112" mobil tətbiqindən gedir. Lakin bu proqram hələ bizdə yoxdur. Amma, başqa ölkələrdə "SOS" tipli proqramlar var və vətəndaşların işinə müsbət təsir edir. Yəni, bir-birindən necə əlaqə saxlamaq, yardım etmək, kommunikasiyalar qurmaq üçün bu tipli proqramlar çoxdur, ancaq ölkəmizdə belə mobil tətbiqlər inkişaf etməyib. Hesab edirəm ki, ölkəmizdə də bu cür proqramların hazırlanmasına ehtiyac var".

Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, Azərbaycanda zəlzələ təhlükəsi gözlənilmir və əhalinin təşvişə düşməsinə heç bir əsas yoxdur.

Nəzrin

NE
Nihadə Eyyubova