Gündəm

"Fransa kor bağırsağa çevrilib, digər ölkələri qarışdırmaqla məşğuldur" — Baba Vəziroğlu

Fransa kor bağırsağa çevrilib, digər ölkələri qarışdırmaqla məşğuldur — Baba Vəziroğlu

"Tarixən Fransa gözəl bir ölkə olub, amma tarixdə ziq-zaqlar olub. İndi Fransanın bu vəziyyətə gətirən onun siyasi rəhbəri Makrondur. Hakimiyyətə təsadüfi gəlmiş bu adam ölkəni yaman günə qoyub".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.

"Bu gün Fransa kor bağırsağa çevrilmiş bir ölkədir və digər ölkələri qarışdırmaqla məşğuldur. Bildiyimiz kimi, Türkiyədə çox böyük faciə baş verdi. Bütün dünyanın ağladığı bir vaxtda, belə bir məqamda Fransanın məşhur jurnallarından biri baş vermiş zəlzələni zarafata salmağa çalışır və karikatura çəkir. Təbii ki, bu, onların birinci hərəkəti deyil. Son vaxtlar kütləvi şəkildə bu cür addımlara yol verirlər. Yəni, bunlarda yavaş-yavaş erməni xəstəliyi yaranır. Deyir, "atı atın yanına bağlayarsan, ya xasiyyətini götürər, ya rəngini. Bunlar da yavaş-yavaş erməni xasiyyətini götürür. Müsəlmana, türkə qarşı fobiya yaranır. Fransada yayımlanan bu karikaturanı "iyrənc" adlandırardım. Onlar bununla insani münasibətlərini sərgilədilər və bütün dünya tərəfindən qınandılar. Belə bir ölkədən nə gözləyəsən? Ömrü boyu Türkiyə ilə rəqabət aparıb, onun paxıllığını çəkən bir ölkə olub".

Nəzrin Demokrat.az

NE
Nihadə Eyyubova