Gündəm Özəl

Yaddaşlara həkk olunan ŞƏKİL: Dünyanı qəhərə boğan ata danışdı— FOTOLAR

Yaddaşlara həkk olunan ŞƏKİL: Dünyanı qəhərə boğan ata danışdı— FOTOLAR

Kahramanmaraşda baş verən və 10 əyalətdə dağıntılara səbəb olan dəhşətli zəlzələdən bir gün sonra Fransanın AFP xəbər agentliyinin paylaşdığı bir şəkil bütün dünyanı təsirləndirmişdi.

Demokrat.az xəbər verir ki, dağıntılar altında qalan və həyatını itirən qızının əlini buraxmayan atanın şəkli kiçikdən böyüyə hər kəsi yasa boğdu.

Yaddaşlara həkk olunan ŞƏKİL: Dünyanı qəhərə boğan ata danışdı— FOTOLAR

49 yaşındakı Mesut Hançer Kahramanmaraşdakı dağıntıda ölən 15 yaşlı qızı İrmakın əlindən tutarkən görüntülənmişdi.

Yaddaşlara həkk olunan ŞƏKİL: Dünyanı qəhərə boğan ata danışdı— FOTOLAR

Əynində narıncı bir gödəkcə, üzündə tərifi mümkünsüz olan bir əzabla gözləyən bu atanın görüntüsü nəinki Türkiyəni , bütün dünyanı sarsıtmışdı.

"Alman Blid" qəzetinin əməkdaşına qızının məzarı başında açıqlama verən ata hadisənin necə baş verdiyini ilk dəfə danışdı.

Yaddaşlara həkk olunan ŞƏKİL: Dünyanı qəhərə boğan ata danışdı— FOTOLAR
Zəlzələ baş verdiyi zaman işdə olduğunu deyən ata, yer silkələnər silkələnməz ailəsinə zəng vurduğunu,iki qızının və oğlunun yaxşı olduğunu öyrənib.

Balaca qızı Irmakın həmin gün nənəsi gildə qaldığını vurğulayan Mesut, anası gilə zəng etsədə heç cür düşə bilmədiyini deyib. Daha sonra sözlərinə kövrələrək davam edən dərdli ata bunları əlavə edib.

"Allahım nə olar evimizə bir şey olmasın deyib anam gilin yaşadığı binaya doğru qaçdım.Qızımı xilas etmək üçün çox çalışdım, təəssüf ki bacara bilmədim."

Yaddaşlara həkk olunan ŞƏKİL: Dünyanı qəhərə boğan ata danışdı— FOTOLAR

Sözlərinə göz yaşları içində davam edən ata "Şahzadəmi qurtarmaq üçün yalın əllərimlə yeri qazmağa başladım. Çox çalışdım, çox dua etdim övladıma bir şey olmasın deyə. Amma heyif ki bacara bilmədim və onu itirdim" deyə sözlərini yekunlaşdırıb.

Yaddaşlara həkk olunan ŞƏKİL: Dünyanı qəhərə boğan ata danışdı— FOTOLAR
Yaddaşlara həkk olunan ŞƏKİL: Dünyanı qəhərə boğan ata danışdı— FOTOLAR
Arzu Demokrat.az

D
demokrat.az