Maraqlı

Cibində peçenye gözləyən atanın dağıntılar altından çıxarılan oğluna QOVUŞMA ANI — VİDEO

Cibində peçenye gözləyən atanın dağıntılar altından çıxarılan oğluna QOVUŞMA ANI — VİDEO

Hatayda cibində peçenye ilə dağıntılar altında gözləyən atanın övladlarından biri saatlar sonra xilas edilib. Ata-oğul qovuşması anı ürək ağrıdırib.

Demokrat.az xəbər verir ki, Türkiyə tarixinin ən böyük fəlakətlərindən biri ilə mübarizə aparır. Fevralın 6-da Kahramanmaraşda baş verən iki şiddətli zəlzələ geniş coğrafiyaya yayılıb. 10 əyalətdə böyük dağıntılara səbəb olan fəlakətdə minlərlə insan həyatını itirib. Axtarış-xilasetmə qrupları ilk andan sahədə gərgin mübarizə apararaq möcüzəvi xilasetmə əməliyyatları həyata keçirib.

Ağrılı hadisənin xatirələrində minlərlə anlar həkk olunub. Fəlakətdən ən çox zərər çəkən yerlərdən biri olan Hatayda bir atanın ümidsizliyi ürəkləri dağlayıb. Dağıntılar altında qalan uşaqları və həyat yoldaşını çarəsizcə gözləyən ata uzadılmış mikrofona "Cibimdə peçenye var. Dünəndən yemək yeyə bilmirəm, övladıma verəcəkdim heç kim çıxmadı” sözləri hər kəsi kövrəltmişdi.

Günlər sonra ümidsiz ataya xoş xəbər gəldi. Ağrılı atanın dağıntılar altından çıxarılan oğluna qovuşduğu öyrənilib. O anların görüntüləri bu qədər ağrının içində insanları bir az olsa da güldürüb.

Türküstan.az

D
demokrat.az