İdman Özəl

"Namaza oyaq qalmasaydım, sağ qalmaq şansım yox idi" — Futbolçu zəlzələ anından DANIŞDI

Namaza oyaq qalmasaydım, sağ qalmaq şansım yox idi — Futbolçu zəlzələ anından DANIŞDI

"Səhər namazını gözlədiyim üçün zəlzələni oyaq şəkildə qarşıladım".

Demokrat.az-ın "Fotomaç"a istinadən xəbərinə görə, bu sözləri Fransa mediasına açıqlamasında Türkiyənin "Hatayspor" klubunun kamerunlu futbolçusu Kevin Soni deyib.

24 yaşlı hücumçu bildirib ki, zəlzələ zamanı qorxu dolu anlar yaşayıb:

"Mən dindar insanam. Namazı saat 06:40-a gözləməli olacaqdım. Zəlzələ anında yatsaydım, həyatda qalmaq şansım yox idi. Əvvəlcə, özümü 7-ci mərtəbədən atmaq istədim. Amma bina çökmədən oradan çıxa bildim. Yanımda insanların vəfat etdiyini gördüm. Böyük travma yaşadım".

Forvard deyir ki, belə anlarda həyatda hər şeyin boş olduğunu anlayırsan:

"Hər kəs evini, maşınını buraxıb, sığınacaq üçün yer axtarır. Yaşadıqlarımız film kimi idi. Həyatıma vəfutbola başlayandan bəri mənə ən çox qəribə gələn, təəccübləndirən bir hadisə idi. Hələlik burada qalıb-qalmayacağımla bağlı bir qərar verməmişəm" - deyə K. Soni qeyd edib.

Zamiq Demokrat.az

D
demokrat.az