Dünya

Məşhur pianoçusu vəfat etdi

Məşhur pianoçusu vəfat etdi

Amerikalı pianoçu və bəstəkar, üç dəfə Oskar mükafatı laureatı Bert Bakarak 94 yaşında vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə "TheWashington Post" məlumat yayıb.

Agentliyin məlumatına görə, o, fevralın 8-də Los-Ancelesdəki evində dünyasını dəyişib.

Xatırladaq ki, Bakarak BritaniyanınBBCYayım Korporasiyasına görə, 20-ci əsrin ən yaxşı bəstəkarlarından biri olub.

O, "Casino Royale" (1967), "Butch Cassidy and the Sundance Kid" (1969) kimi dünyaca məşhur filmlərinin musiqi müəllifidir.

Bəstəkar Oskar mükafatlarını "Ən yaxşı soundtrack" və "Ən yaxşı mahnı"ya görə alıb.

Bert Bakarak həmçinin "Qızıl Qlobus" mükafatına da layiq görülüb.//apa

D
demokrat.az