Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribat planlaşdırıldığına dair məlumatlar yayılıb. Onun hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcəyi də iddia olunur.
Məsələyə münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Demokrat.az-a açıqlamasında deyib ki, İran hər zaman Ermənistana kömək edib və bundan sonra da edəcək. Onun sözlərinə görə, əgər onlar Azərbaycana hücum edəcəklərsə, buyursunlar:
"Azərbaycan ordusu tam hazır vəziyyətdədir. Əməliyyatlara SEPAH yox, onun babası da rəhbərlik etsə, xeyiri yoxdur. Bu dəqiqə hər birimiz qəzəbliyik, acımız var, itkimiz var. Türkiyədə böyük faciə baş verib. Belə bir faciəyəyə isə ancaq erməni və fars yaramazları sevinə bilər. Fikrimcə, bu məsələnin ciddiliyi o qədər də yüksək deyil. Belə bir əməliyyatın keçirilməsinə risk etməzlər. Əgər olsaydı, bu dəqiqələrə qədər baş verərdi. Onların belə bir əməliyyatı etməyə cürətləri çatmaz".
Nəzrin Demokrat.az


