Türkiyənin zəlzələ bölgəsinə göndərilməsi üçün Bakı İdman Sarayında toplanan yardım kampaniyası davam edir. Artıq 20 tır yardım Türkiyəyə yola salınıb.
Demokrat.az xəbər verir ki, bu barədə AzTV-nin “Telesəhər” verilişinin canlı bağlantısında Azərbaycanda yaşayan türkiyəli iş adamı Çingiz Aygör məlumat verib.
Bildirib ki, yardımın yığılması və qablaşdırılması gecə-gündüz davam edir: “Daha 15 tır yardımı bu gün yola salacağıq. Heç kim yatmır, hamı işləyir, kömək edir. Bütün azərbaycanlı qardaşlarımıza təşəkkür edirik”.
Yardım etmək istəyən vətəndaşlardan əşyaları səhər saat 11:00-dan axşam saat 21:00-a qədər müəyyən edilmiş ünvanlara çatdırmaları rica olunur.
Daha ətraflı videoda


