Dünya Özəl

Rusiya səfiri Estoniyanı tərk etdi

Rusiya səfiri Estoniyanı tərk etdi

Rusiya səfiri Estoniyanı tərk edib.

Bu barədə Estoniya xarici işlər nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, RusiyanınTallindəki səfiriVladimir LipaevEstoniyanı tərk edib.

Yanvar ayında Estoniya Xarici İşlər Nazirliyi Rusiyanınbu ölkədəki səfirliyindəndiplomatların, inzibati, texniki işçilərinin sayının azaldılmasını tələb edib.

Səfirə 7 fevrala qədər ölkəni tərk etmək əmri verilib.

"Rusiya səfirliyi Estoniya Xarici İşlər Nazirliyinin notası ilə təsbit olunan tələbləri yerinə yetirdi", məlumatda qeyd olunub.

Leyla

NE
Nihadə Eyyubova