"Türkiyədə baş verən zəlzələ hər birimizi çox kədərləndirdi".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Baş nazirinin sabiq müavini Abid Şərifov deyib. O, bildirib ki, hazırda yaşananlar çox böyük fəlakətdir:
"Neçə gündür baş vermiş hadisə ilə bağlı görüntülər göstərilir. Adam heç baxa bilmir, ürəyi ağrıyır. Mən Türkiyədəki bu hadisəni "fəlakətin fəlakəti" adlandırardım, hətta fəlakətin lap böyüyüdür. Allahdan ölənlərə rəhmət, yaralılara isə şəfa diləyirəm".
Aynurə Demokrat.az


