Gündəm

Azərbaycan xilasediciləri zəlzələ bölgəsində 11 nəfərin həyatını xilas edib

Azərbaycan xilasediciləri zəlzələ bölgəsində 11 nəfərin həyatını xilas edib

Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin Türkiyənin zəlzələ bölgəsində - Kahramanmaraşda axtarış əməliyyatları davam edir.

APA-nın zəlzələ bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, azərbaycanlı xilasedicilər dağıntılar altından 11 nəfəri çıxarıblar.

Eyni zamanda dağıntılar altından 20 nəfərin meyiti çıxarılıb.

Hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir.

NE
Nihadə Eyyubova