Sosial Özəl

BDU tələbələrindən Türkiyəyə dəstək aksiyası — FOTO

BDU tələbələrindən Türkiyəyə dəstək aksiyası — FOTO

Ötən gün Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Azərbaycan da qardaş ölkəyə öz dəstəyini nümayiş etdirir. Həmçinin, dövlətin yardımından savayı, ayrı-ayrı qurum və təşkilatlar, vətəndaşlarımız yardımlarını göstərməyə çalışırlar.

Demokrat.az xəbər verir ki, Türkiyədə zəlzələdə zərərçəkənlərə daha bir dəstək Bakı Dövlət Universitetinin tələbə və müəllim heyətindən gəlib.

Belə ki, universitet tələbələrinin başlatdığı yardım kampaniyasına müəllimlər və digər şəxslər də qoşulub.

Maddi dəstək üçün atılan bu addım bu gün saat 21.00-ə dək davam edəcək.

BDU tələbələrindən Türkiyəyə dəstək aksiyası — FOTO
Aysun Demokrat.az

D
demokrat.az