Gündəm

Qurban Yetirmişli: Binalar tikiləndə mütləq seysmoloji tədqiqatlar aparılmalıdır

Qurban Yetirmişli: Binalar tikiləndə mütləq seysmoloji tədqiqatlar aparılmalıdır

Binalar tikiləndə mütləq şəkildə seysmoloji tədqiqatlar aparılmalıdır.

APA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında deyib.

O bildirib ki, riski minimuma endirmək üçün hər bir binanın quruluşu araşdırılmalıdır:

"Bakı da çox geoloji mürəkkəb quruluşa malikdir".

Qurban Yetirmişli vurğulayıb ki, Bakıda bəzən bir binanın zəlzələyə davamlılığına 7-8 bal verilir.

D
demokrat.az