Gündəm Özəl

Azərbaycanda da zəlzələ təhlükəsi varmı? — RƏSMİ

Azərbaycanda da zəlzələ təhlükəsi varmı? — RƏSMİ

"Türkiyədə baş verən zəlzələdən təəssüf hissi keçirirəm. İlk olaraq Türkiyə xalqına baş sağlığı verirəm".

Bunu Demokrat.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli deyib.

Mərkəz rəhbəri qeyd edib ki, ölkəmizdə belə güclü zəlzələnin olacağı gözlənilmir:

"Zəlzələ baş verən ərazilər Azərbaycandan kifayət qədər uzaqdır. Buna görə də, bu hadisə ölkəmizin seysmogen ocaqlarına təsir edə bilməz.

Ümumiyyətlə, ölkəmizdə hər gün yeraltı təkanlar müşahidə olunmaqdadır. Azərbaycanda yaxın müddətdə güclü zəlzələnin olacağı gözlənilmir və əhalimizin təşvişə düşməsinə isə heç bir lüzum yoxdur".

Aynurə Demokrat.az

D
demokrat.az