SEPAH-a bağlı mafiya dəstəsi İrandan qoyun-quzu qaçaqmalçılığı ilə məşğul olur.
Demokrat.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Bildirilir ki, SEPAH-a bağlı mafiya dəstəsi İrandan qoyun-quzunu qaçaqmalçılıq yolu ilə ərəb ölkələrinə daşıyır: “Nəticədə əhali kiloqramı 150 min tümən olan bu qidadan məhrum edilir”.


