Siyasət Özəl

"Rusiya və İran müxtəlif formatlarda Cənubi Qafqaz uğrunda rəqabət aparırlar" - Tofiq Zülfüqarov

Rusiya və İran müxtəlif formatlarda Cənubi Qafqaz uğrunda rəqabət aparırlar - Tofiq Zülfüqarov

"İran və Rusiya münasibətləri fərqlidir. Bu baxımdan onlardan İranın ciddi tənqid olunmasını gözləmək mümkün deyil. Çünki hər iki ölkə maraqları əsasında bu və ya digər hadisəyə münasibət bildirir. Amma, biz həmişə bir şeyi yadda saxlamalıyıq. Artıq 3-cü əsrdir ki, Rusiya və İran müxtəlif formatlarda Cənubi Qafqaz uğrunda rəqabət aparırlar".

Bu sözləri Demokrat.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir hesab edir ki, İranın fəallaşmasının və Azərbaycana qarşı siyasət yeritməsinin bir sıra səbəbləri var:

"İranın bəzi siyasi dairələri fikirləşir ki, Rusiya zəifləyəndən sonra boşluq yaranacaq. Onlar da bu boşluğu doldurmaq niyyətindədirlər. Yəni, belə bir ehtimal mövcuddur. Bu baxımdan hesab edirəm ki, Rusiya və İran heç vaxt bir biriylə Cənubi Qafqaz barədə əməkdaşlıq etməyə meyilli olmayacaq. Hansısa addımlaer ata bilərlər, amma strateji baxımdan onlar rəqibdilər".

Aynurə Demokrat.az

D
demokrat.az