"Tehrandakı Azərbaycan Səfirliyinə edilən silahlı hücum açıq şəkildə əvvəlcədən düşünülmüş terror aktıdır. Terrorçunun hücumu əvvəlcədən hazırlanıb. Ayın 27-si təsadüfi seçilməyib. Çünki yanvarın 27-də dünya yəhudiləri Holokost qurbanlarını yad edirlər. Bununla həm Azərbaycan-İsrail münasibətlərinə, həm də ASALA -ın eyni tarixdə türk diplomatlarını öldürməsinin mesajını veriblər". Bu fikirləri Demokrat.az-a açıqlamasnda Milli Məclisin sabiq deputatı, politoloq Cümşüd Nuriyev bildirib.
Onun sözlərinə görə, terror aktı ilə bağlı planlaşdırılan addımlar tamamilə şifrələnib:

"Azərbaycan Səfirliyinin əməkdaşı Vasif Tağıyevin qəhrəmanlığı olmasaydı, terrorda şəhid olanların sayı daha çox olacaqdı. Hətta, terrorçu Səfirlikdə olan qadınları və uşaqları da öldürəcəkdi. Terrorçu belə təlimatlandırılmışdı, lakin qəhrəman oğullarımız onun planlarını alt-üst etdi.
Fikir verin ki, terrordan dərhal sonra İranın şərəfsiz "Səhər" kanalı terrorçunu efirə çıxardaraq, hadisənin miqyasını məişət səviyyəsinə keçirməyə cəhd edir. Şübhəsiz ki, bu məqsədli şəkildə düşünülmüş addım idi. İran bundan da artıq düşmənçiliyi edə bilməzdi. Amma, daş qayaya rast gəlib".
Aynurə Demokrat.az


