Sosial media Özəl

Elman Nəsirov blogerin deputatları təhqir etməsindən danışdı: "Mehman Hüseynovun hərəkətlərinə cavab verilməlidir"

Elman Nəsirov blogerin deputatları təhqir etməsindən danışdı: Mehman Hüseynovun hərəkətlərinə cavab verilməlidir

Milli Məclisin deputatı Elman Nəsirov bloger Mehman Hüseynovun deputatları təhqir edərək, Milli Məclisin qabağına çiynində paz aparması hərəkətinə münasibət bildirib.

Deputat Elman Nəsirov Demokrat.az-a açıqlamasında deyib ki, Mehman Hüseynovun qanunazidd hərəkətlərinə hüquqi müstəvidə qiymət verilməlidir:

"O, hüquqi müstəvidə məsuliyyət daşımalıdır, çünki bu, birbaşa təhqirdir. Təbii ki, bunun hüquqi nəticələri də olmalıdır. Əks təqdirdə Mehman Hüseynovun özbaşına hərəkətləri daha da artmış olacaq. Hesab edirəm ki, hüquq öz gücünü göstərməlidir".

Aynurə Demokrat.az

D
demokrat.az