Gündəm

Bolqarıstan prezidenti Tehrandakı səfirliyimizə hücum haqda: “Əliyevin çağırışını dəstəkləyirik” — FOTO

Bolqarıstan prezidenti Tehrandakı səfirliyimizə hücum haqda: “Əliyevin çağırışını dəstəkləyirik” — FOTO

Bolqarıstanın Prezidenti Rumen Radev Azərbaycanın İrandakı səfirliyinə qarşı xain terror hücumunu qınayıb.

“Bolqarıstan Azərbaycanın Tehrandakı səfirliyinə ölümcül hücumu qınayır. Belə hücumlar qəbuledilməzdir və həyəcan doğurur. Biz Prezident İlham Əliyevin hadisənin diqqətlə araşdırılması barədə çağırışını dəstəkləyir və həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı veririk”, - deyə Radev “Twitter” hesabında qeyd edib.

NE
Nihadə Eyyubova