Dünya

Almaniyada qaçqın yataqxanasının tikintisinə etiraz olaraq aksiyalar keçirilir — FOTOLAR

Almaniyada qaçqın yataqxanasının tikintisinə etiraz olaraq aksiyalar keçirilir — FOTOLAR

Almaniyanın Şimal-Qərb Meklenburq rayonunda cümə günündən başlayan etiraz askiyaları davam edir.

Demokrat.az xəbər verir ki, Grevesmühlendə yeni qaçqın yataqxanasının tikintisi planlaşdırılır.

Yataqxanalar konteyner tipdə, 700 çarpayılıq olacaq. Lakin sözügedən rayonun rəhbərliyi indiyə kimi tikinti işlərinə başlaya bilməyib. Səbəb isə aralarında sağçı ekstremistlərin də olduğu şəxslərin ərazidə toplanaraq, konteynerlərin quraşdırılmasına mane olmalarıdır.

Rayon rəhbərliyindən bildirilib ki, qaçqınlar hələ ki, yarasız bir binada saxlanılırlar. Orada da yaşayış üçün lazımı şərait yoxdur. Əsasən də binanın istilik sistemi düzgün çalışmır. Bu da havaların soyuq keçdiyi günlərdə sakinlərin xəstələnməsinə səbəb olur.

Onların sözlərinə görə, narazı kütlə qaçqınların hazırda məskunlaşdığı binaya girməyə cəhd göstəriblər. Ərazidəki polis qüvvələri onlara mane olub. İki gündür davam edən etiraz aksiyaları zamanı qaçqınların olduğu binaya yanan maddələr atmağa cəhd göstərənlər saxlanılıblar.//report

Almaniyada qaçqın yataqxanasının tikintisinə etiraz olaraq aksiyalar keçirilir — FOTOLAR

Almaniyada qaçqın yataqxanasının tikintisinə etiraz olaraq aksiyalar keçirilir — FOTOLAR

D
demokrat.az