İsrail ölümcül basqının ardından atılan raketlərdən sonra, Qəzzada yaraqlıların obyektlərinə zərbələr endirib.
Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail yaraqlıların yerləşdiyi ərazilərə hücumu zamanı altı raket atılıb.
İsrailin mediasının yazdığına görə, Cenin basqınında doqquz fələstinli öldürüldükdən sonra yaraqlılar cavab veriləcəyi barədə xəbərdarlıq ediblər.
İsrail Müdafiə Qüvvələri bildirib ki, raketlərdən ikisi gecə saatlarında atılıb, lakin onlar raket əleyhinə Dəmir Qübbə sistemi (Barak-8) tərəfindən zərərsizləşdirilib.
Hava zərbələri sürətlə izlənildikdən sonra Qəzza zolağının mərkəzində, ərazini idarə edən islamçı yaraqlı "Həmas" qruplaşmasına məxsus yeraltı raket istehsalı sahəs hədəfə alınıb.
Hər iki tərəfdən xəsarət alanlar var. Lakin hələlik bu barədə ətraflı məlumat verilmir.
Aysun Demokrat.az


