"Ölkə başçısı da İrandakı hadisəni konkret olaraq terror aktı adlandırdı. İran bu hadisəni ailə və şəxsi zəmində təqdim etməyə çalışır, amma görüntülər bunun elə olmadığını sübut edir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında tanınmış ilahiyyatçı Elşad Miri deyib. İlahiyyatçı terror hadisə ilə bağlı bəzi məqamlara diqqət çəkib:
"Azərbaycan Ermənistanla bağlı məsələlərdə İranın istəyinə uyğun hərəkət etmir. Həmçinin, İsraildə səfirliyimizin açılması, Türkiyə ilə daha da yaxınlaşmağımız, ABŞ-la olan münasibətlərimiz İranı qane etmir. Təbii ki, bu terror ciddi bir mesajdır və bu mesaj da artıq alınıb.
Son günlərdə konkret olaraq, İranda bəzi məsələlərin Azərbaycanın əleyhinə yönəldiyinin şahidi olurduq. Ancaq onların bu addımı həqiqətən gözlənilməz bir məsələ idi. Bunun terrordan başqa adı yoxdur və bunun hərtərəfli mənada pisləyirəm. İnanıram ki, İranın dini liderini təqlid edən həmin o dindarlar da, Qafqaz Müsəlmanaları İdarəsi də bu məsələ ilə bağlı birmənalı lənətlərini bildirəcəklər".
Aynurə Demokrat.az


