Gündəm Özəl

"İranın təbliğatı ən çox sosial şəbəkələrdə aparılır, bunu edənlər ifşa olunmalıdır" — Hacıbəy Heydərli

İranın təbliğatı ən çox sosial şəbəkələrdə aparılır, bunu edənlər ifşa olunmalıdır — Hacıbəy Heydərli

"Müşahidələrim onu göstərir ki, İrana simpatiya göstərənlər, molla rejimini dəstəkləyənlər sosial şəbəkələrdə fəallıq nümayiş etdirirlər.

Onların ifşa olunmasının zamanı gəlib, xüsusən "facebook", "tiktok", "youtube", instagram" və "telegram"da İran təbliğatı aparan hesablar, kanallar var.

Saxta dindarlar müxtəlif sosial şəbəkələrdə canlı yayımlar açırlar, din adı altında çirkin niyyətlərini nümayiş etdirirlər.

Onlar "feyk xəbərlər" yayır, dezinformasiyalar paylaşır və Azərbaycan dövlətinə qarşı təbliğat aparırlar.

Bu şəxslər ən qısa zamanda tapılmalı və ifşa olunmalıdırlar. İran Azərbaycana qarşı hibrit müharibəsi aparır və informasiya cəbhəsində də şər, böhtanla məşğuldur".

Həsən Demokrat.az

D
demokrat.az