Rusiya Silahlı Qüvvələrinin Ukraynaya raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücumu nəticəsində azı 11 nəfər ölüb.
Bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
“Bu gün Rusiya Silahlı Qüvvələrinin həm PUA-lar, həm də raketlərlə həyata keçirdiyi hücumlar nəticəsində ölkənin 11 vilayətində 11 nəfər ölüb, 11 nəfər yaralanıb”, - qeyd edilib.


