Region

İranda prezidentin arvadına “Birinci xanım” deyən nazir danlandı

İranda prezidentin arvadına “Birinci xanım” deyən nazir danlandı

İran parlamentinin deputatı Mahmud Əhmədibiğəş ölkədə Nüfuzlu Qadınların I Beynəlxalq Konqresinin keçirilməsini tənqid edib.

"Shargh" xəbər verir ki, o, xarici işlər naziri Hüseyn Əmir-Abdullahianı tənqidlərinin əsas hədəfi seçib.

“Diplomatik xidmətimizin (XİN - red.) rəhbəri öz ləyaqətini tabeliyində olan işçi səviyyəsinə endirib və İslam Respublikası tarixində ən narahatedici davranış olan şeylər deyib”, - deyə deputat qeyzlənib.

M. Əhmədibiğəşş Nüfuzlu Qadınların I Beynəlxalq Konfransına toxunaraq XİN rəhbərinin İbrahim Rəisinin həyat yoldaşını “Birinci xanım” kimi təqdim etdiyinə görə danlayıb. Deputatın sözlərinə görə, İranda belə bir rəsmi təsisat yoxdur.

D
demokrat.az