Xəbər verdiyimiz kimi, Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühəndis snayper bölüyünün sığınacağında baş verən yanğın nəticəsində 15 hərbçinin həlak olduğu yer barəsində maraqlı fakt ortaya çıxıb.
Demokrat.az xəbər verir ki, Azərbaycan Televiziyasının efirində yayımlanan süjetdə bildirilib ki, bu tikili 35 il əvvəl yurd yerindən didərgin düşmüş Basarkeçər rayon sakini Kamandar Həsənova məxsus olub.
Kamandar Həsənovun oğlu evlərini çəkilmiş kadrlardan görən kimi tanıdıyıb:
"Orada olan bir çox evləri dağıdıblar. Kadrlardan bizim də evin dağıldığını gördüm. Məndə çox pis təəssürat yaratdı. Çox pis hislər keçirirəm. Çünki o evdə uşaqlığım keçib, orada yaşamışam. Bütün uşaqlıq xatirələrim gözümün önündən keçdi.
Bu ev 1970-ci ildə tikilib. Evimizin sol tərəfində bulaq var idi, arxa tərəfdə isə arx çay kimi axırdı. Hamı bulağa bizim evimizin yanına gələrdi. Atam bu evdə 6 qız, 2 oğul böyüdüb. Amma, min bir zəhmətlə tikdiyi evdə nə qız köçürə bilib, nə də oğul evləndirə bilib. Çünki 1988-ci ildə Azərbayacana depoartasiya edildik. Prezidentimizin dediyi kimi, vaxt gələr Göyçəyə qayıdarıq. İnanıram ki, nə vaxtsa, Göyçəyə qayıdacağıq".
Nəzrin Demokrat.az

