Dünya

Trampın sosial şəbəkə hesabları bərpa ediləcək

Trampın sosial şəbəkə hesabları bərpa ediləcək

“Meta” şirkəti ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Facebook” və “Instagram” hesablarını yaxın həftələrdə bərpa edəcək.

Bu barədə “Axios” portalı şirkətin qlobal məsələlər üzrə prezidenti Nik Kleqa istinadən məlumat yayıb.

İki ildir deaktiv olan hesablar dərhal bərpa olunmayacaq.

Kleqin sözlərinə görə, platformalarda müəyyən yenilənmələr prosesi uzada bilər.

D
demokrat.az