Xarici siyasət

Azərbaycan XİN ABŞ Dövlət Departamentinə cavab verdi

Azərbaycan XİN ABŞ Dövlət Departamentinə cavab verdi

“Ermənistan tərəfini öhdəliklərini yerinə yetirməyə, qanunsuz fəaliyyətə son qoymağa çağırmaq yerinə düşərdi”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan XİN-in sözçüsü Ayan Hacızadə "Twitter" hesabında yazıb.

O qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsinə təchizat gətirən 1000-dən çox avtomobili ABŞ Dövlət Departamentinin yanvarın 24-də dediklərinin əksini sübut edir.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays yanvarın 24-də keçirdiyi brifinqdə Azərbaycanı Laçın yolundakı “blokada”nı açmağa çağırıb.

D
demokrat.az