"Azərbaycan və Ermənistan 200 ilə yaxın bir zaman çərçivəsində Sovet imperiyası işğalından qurtulmasına baxmayaraq müstəqillik dövrünə ayaq basdığı gündən bizə qarşı ögey münasibətlərinin şahidi olduq. Çox təəssüf ki, Rusiya və Avropa uzunmüddət haqsızlığn tərəfində durdular".
Bu sözləri Demokrat.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi deyib. O bildirib ki, 44 günlük müharibə ərəfəsində biz bu meyilləri gördük:
"Lakin ABŞ , İtaliya və Böyük Britaniyanın müəyyən səyləri nəticəsində BMT Təhlükəsizlik Şurasında Fransanın bizə qarşı hazırladığı qətnamə keçmədi və biz torpaqlarımızın böyük qismini işğaldan azad edə bildik.Təəssüf ki, həmin ərəfədə biz Xankəndini qoruyub saxlaya bilmədik və Rusiyanın təzyiqi ilə güzəştə getməyə məcbur olduq. Bəlkə də, biz bu vəziyyətlə razılaşmasaydıq bu gün Ukraynada baş verənləri bölgəmizdə yaşaya bilərdik. İndi bu vəziyyəti qınamaqdan vaz keçərək mövcud durumu dəyərləndirməliyik. Hazırda biz üçlü məngənin arasında qalmışıq. Fransa və İran aktiv şəkildə Rusiya isə ikili oyunla bizi təslim etməyə çalışırlar".
Analitikin sözlərinə görə, Fransa və İran konkret Emənistan üçün çalışsa da, Rusiyanın fərdi maraqları var:
"Ona görə də, bizim əsas məqsədimiz antiAzərbaycan, antitürk həmlələri neytrallaşdırmağı düşünməliyik. Bəziləri Avropanın bizə qarşı aqressiyasını islamafobiyada görsələr də, bu reallığı əks etdirmir. O zaman şiə İranı ilə Fransa və Rusiyanın isti münasibətlərini nə ilə izah edək ? Nəzərə alsaq ki, Azərbaycan respublikası əhalisinin təxminən 50 faizə qədəri şiə hesab olunan müsəlmanlardır, o zaman belə iddia təsdiqini tapmır. Məncə, burada əsas faktor türk oyanışını önləməkdir.Türk dövlətləri isə islam inancına mənsub olsalar da, demokratikləşmə prosesində xeyli problemlər yaşayırlar.Qazaxstan prezidentinin son reformaları təqdirəlayiqdir. Hesab edirəm ki, Azərbaycanda da idarəetmə sistemində ciddi reformaya ehtiyac var. Biz sürətlə təkadamlıq idarəetmə sistemindən imtina edərək parlamentli dövlət quruluşu sisteminə keçməliyik".
"Vardanyanın BBC-yə verdiyi müsahibədə bizə qarşı ironik şəkildə idarəetmə sistemimizi tənqid etməyi, əslində məndə xoş təəssürat yaratmadı. 21-ci əsrdə dünyanın diktatorlarla zəngin olduğu bir zamanda demokratik təsisatlara sadiqliyimizi nümayiş etdirməsək, Qərbin tam dəstəyinə ümid bağlamaq sadəlöhvlük olar. Təcili olaraq bu günlərdə referendum çağırılması üçün fəaliyyətə başladılmalıdır. Siyasi partiyalar dövlət idarəetmə institutlarında fəal iştirak etməlidir. Bundan ötrü parlamentli idarəetmə sisteminə keçid edilməlidir. Milli Məclisin say tərkibi dəyişdirilərək 200 nəfərə çatdırılmalıdır. Konkret olaraq rus kuklası, separatçı Ruben Vardanyan BBC-nin "Hard Talk" verilişində Stephen Sackurla müsahibəsinə gəldikdə isə jurnalist tərəfindən peşakarcasına rus oliqarxının ifşa edilməsini gördük. Jurnalist Vardanyanın Xankəndinə transferinin Rusiya tərəfindən təşkil edildiyini sübut edən dəlillərlə yanaşı sərt suallarla onu fakt qarşsında qoydu. Stephen Sackur hətta Vardanyanı fakt qarşısında qoyaraq "ya azərbaycanlılarla anlaşaraq yaşamağı davam etməlisiz, ya da köçüb getməlisiz" sualını verərkən hansını seçirsiniz deməklə, onların başqa seçimi olmadığını dilə gətirdi.Rusiyanın Ukraynaya təcavüzünə dolayısı yolla "hə" deyən Vardanyan bundan sonra Qərbin dəstəyinə ümid edə bilməyəcək. Hətta, Fransa da müttəfiqlərinin əleyhinə gedə bilməyəcək", - deyə sonda ekspert fikirlərini yekunlaşdırıb.
Aynurə Demokrat.az


