Qarabağ Özəl

“Əlimizdən gələni etməliyik ki, qısa müddətdə sülh sazişi imzalansın” — Partiya sədri

“Əlimizdən gələni etməliyik ki, qısa müddətdə sülh sazişi imzalansın” — Partiya sədri

“Ruben Vardanyan nəyin bahasına olursa-olsun Qarabağın Azərbaycanın tərkibində olmamasına çalışır. Çünki Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək istəmir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib. Partiya sədri əlavə edib ki, nə Ruben Vardanyanın, nə digərlərinin bu prosesin qarşısını almaq şansları var:

“Artıq bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və öz ərazisi üzərində suverenliyini qəbul edir. Son zamanlar Azərbaycanın suverenliyinin həm Ermənistan, həm Fransa, həm də Rusiya tərəfindən bir daha təsdiq olunması tamamilə yeni hadisədir. Ermənistan bunu qətiyyən qəbul etmək istəmirdi. Fransa da bu məsələlərdə ona dəstək verirdi. Ancaq həm Praqada, həm də Soçidə Azərbaycan Prezidenti bu ciddi uğura nail ola bildi. İndi artıq Azərbaycanın suverenliyini real şəkildə qəbul etdirmək lazımdı.

Laçın dəhlizində baş verən hadisələr, ekofəalların keçirdiyi aksiya bu məqsədə xidmət edir. Azərbaycanın suverenliyi Qarabağda addım-addım təmin olunmalıdır. Erməniləri də qorxuya salan budur. Onu da anlayırlar ki, bu proses qarşısıalınmaz prosesdir. Ermənilər artıq əsas havadarlarını itiriblər. Xüsusilə, ABŞ-ın mövqeyinin dəyişməsi ermənilər üçün təbii ki, çox ciddi uğursuzluqdur. Ancaq mübarizə hələ qarşıdadır. ABŞ-Rusiya-Fransa kimi dövlətlər şəraitə uyğun olaraq dəfələrlə mövqelərini dəyişə bilərlər. Biz əlimizdən gələni etməliyik ki, qısa müddətdə sülh sazişi imzalansın və Azərbaycanın Qarabağda suverenliyi təmin olunsun”.

Aynurə Demokrat.az

D
demokrat.az