Dünya Özəl

Niderland NATO səmasını qorumaq üçün Polşaya 8 döyüş təyyarəsi təhvil verəcək

Niderland NATO səmasını qorumaq üçün Polşaya 8 döyüş təyyarəsi təhvil verəcək

Niderland hökuməti NATO-nun hava məkanını qorumaq səyləri çərçivəsində yanvarın sonunda Polşaya səkkiz F-35 qırıcısı təhvil verəcək.

Bu barədə CNN məlumat yayıb.

"Fevral və mart aylarında NATO-nun Şərqi Avropa üzərində hava məkanının qorunması üçün "Hava Polisi" adlanan dörd döyüş təyyarəsi hazır olacaq", - Niderlandın Müdafiə Nazirliyi bildirib.

Eyni zamanda, daha dörd F-35-in müttəfiqlərlə birlikdə “Vigilance” fəaliyyətləri ilə təlim proqramında iştirak etdiyi vurğulanır.

“Bu təlimlər NATO-nun şərq cinahında hazırlığını artırır və müxtəlif NATO ölkələri arasında əməkdaşlığı təşviq edir”, - deyə qeyd olunub.

"İki F-35 daim NATO hava məkanını qoruyur, digər ikisi isə ehtiyatdadır", - NiderlandMüdafiə Nazirliyinin bəyanatında deyilir.

Xatırladaq ki, Bundesver (Almaniya Silahlı Qüvvələri) Polşanın hava məkanını qorumaqvə NATO-nun şərq cinahını gücləndirmək üçünAlmaniyadan Polşaya vəd edilmiş “Patriot” zenit-raket komplekslərinin üç eskadrilyasından ilk ikisinin transferinə başlayacaq .

Almaniya prezidentiFrank-Valter ŞtaynmayerUkraynaya əlavə hərbi dəstək vəd edib və yeni müdafiə nazirinə xəbərdarlıq edib ki, Almaniya Silahlı Qüvvələri növbəti dəfə ölkəni müdafiə etmək qabiliyyətinə malik olmalıdır.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova