Dünya

Ukraynada Qərb texnikası ilə təchiz edilmiş yeni hərbi hissələr yaradılır — General

Ukraynada Qərb texnikası ilə təchiz edilmiş yeni hərbi hissələr yaradılır — General

Ukraynada müasir texnika ilə təchiz olunacaq yeni hərbi hissələr yaradılır.

Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı, general-leytenant Serhey Naevin CNN-ə açıqlamasında bildirib.

General bildirib ki, cəbhədəki sonrakı hərəkətlər, irəliləmək bacarığı, ərazilərin azad edilməsi onların döyüş hazırlığından asılı olacaq. Eyni zamanda o qeyd edib ki, müasir texnikanın, xüsusən də tankların olması vacibdir. Bunlar köhnə tipli T-72 tankları deyil, Alman "Leopard 2" və Britaniyanın "Challenger 2" kimi daha müasir tanklar olmalıdır. "Bizə çoxlu sayda Qərb tankları lazımdır. Onlar sovet modellərindən qat-qat yaxşıdır və irəli getməyimizə kömək edə bilər", deyə Sergey Naev bildirib.

Eyni zamanda o, əlavə edib ki, yeni hərbi hissələr yaradılır və bundan sonrakı fəaliyyət onların döyüş hazırlığından asılı olacaq: "Buna görə də Qərbin yardımı son dərəcə vacibdir”.//qaynarinfo

D
demokrat.az