Dünya

Polşadan qalxan sərnişin təyyarəsində bomba həyəcanı

Polşadan qalxan sərnişin təyyarəsində bomba həyəcanı

Polşadan havaya qalxan “Ryanair” aviaşirkətinə məxsus təyyarənin ekipajı hava gəmisində bomba olması ilə bağlı məlumat alıb.

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə buna görə Afina aeroportuna eniş edib.

Təyyarənin göyərtəsində 192 sərnişin olub.

Təyyarəni eniş zamanı Yunanıstan Silahlı Qüvvələrinə məxsus iki F-16 qırıcısı da müşayiət edib.

Təhlükəsizlik səbəbiylə təyyarə xüsusi zonaya çəkilib, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.//qafqazinfo

D
demokrat.az