Sosial media Özəl

Deputat Etibar Əliyev bu hərəkətilə gülüş hədəfi oldu — YENİLƏNİB

Deputat Etibar Əliyev bu hərəkətilə gülüş hədəfi oldu — YENİLƏNİB

Milli Məclisin deputatı Etibar Əliyev feysbukda saxta profillə şərh yazmaq istəyərkən özünü gülüş hədəfinə çevirib.

Demokrat.az xəbər verir ki, deputat özünü ləğv edilmiş KİVDF-nin sabiq əməkdaşı kimi təqdim edərək, feysbuk profili ilə şərh yazıb. Bu zaman Etibar Əliyev saxta profillərindən biri ilə şərh yazdığını düşünürərək, səhvən öz adına olan hesabından özünü tərif edib.

Deputatın bu hərəkəti sosial şəbəkələrdə gülüşlə qarşılanıb. Sosial şəbəkə istifadəçiləri Etibar Əliyevi "təcrübəli trol" adlandırıb.

Deputat Etibar Əliyev bu hərəkətilə gülüş hədəfi oldu — YENİLƏNİB
Etibar Əliyevin köməkçisi Pərvin Mahmudov isə saytımıza açıqlamasında bildirib ki, deputatın adından şərh yazılmış həmin profil montajdır:

"Həmin şərhi bir müxalifətçi jurnalist Etibar Əliyevin adından montaj edib hazırlamışdı, sonra üzr istədi".

Zaur Hacılı Demokrat.az

D
demokrat.az