Gündəm

Pakistan səfirliyi: “20 Yanvar faciəsi qurbanlarını yad edən bacı-qardaşlarımıza qoşuluruq”

Pakistan səfirliyi: “20 Yanvar faciəsi qurbanlarını yad edən bacı-qardaşlarımıza qoşuluruq”

Pakistanın ölkəmizdəki səfirliyi 20 Yanvar faciəsi qurbanlarını yad edən xalqımıza qoşulduğunu bildirib.

Bu barədə səfirliyintviterdəki səhifəsində paylaşım edilib.

“20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edən azərbaycanlı bacı-qardaşlarımıza qoşuluruq və Azərbaycanın müstəqilliyi naminə onların xatirəsini ehtiramla anırıq”, - səfirliyin paylaşımında qeyd olunub.

NE
Nihadə Eyyubova