ATV-nin keçmiş prezidenti, Əməkdar jurnalist Vüqar Qaradağlının oğlu Aydın nişanlanıb.
Axşam.az-ın məlumatına görə, Aydın Qaradağlı Lalə Bağırova adlı xanımla evlənməyə hazırlaşır.
Nişanmərasimi ötən gün şəhər restoranlarından birində baş tutub. Gecədə Vüqar Qaradağlı gəlinin barmağına nişan üzüyünü taxıb.
Qeyd edək ki, bir müddət əvvəl V.Qaradağlının qızı Gültəkinin də nişanıolmuşdu.O,tanınmış proqramist Tural Bədirxanlı ilə nişanlanıb.ABŞ-da Masaçusets Texnologiya İnstitutunun məzunu olan Tural digər iki həmkarı ilə birlikdə "Namo Media" interaktiv reklam proqramını yaradıb və tviterə satıb. O, bunun qarşılığında 50 milyon dollara alıbvə eyni zamanda tvitterdə pay sahibiolub.
Gültəkin və Aydın Amerikada yaşayır.


