Gündəm Özəl

"Lavrovun son bəyanatlarının heç bir siyasi çəkisi yoxdur"

Lavrovun son bəyanatlarının heç bir siyasi çəkisi yoxdur

Ukrayna Xarici İşlər Nazirliyi vurğulayıb ki, Kreml dünyaya Moskvanın sülhə maraqlı olmadığına dair daha bir sübut təqdim edib.

Ukrayna Xarici İşlər Nazirliyirusiyalı diplomat Sergey Lavrovun Moskvanın guya Volodimir Zelenskinin təqsiri üzündən Ukrayna tərəfi ilə danışıqlar apara bilməyəcəyi ilə bağlıbugünkü bəyanatına reaksiya verib.

Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenkonun "Facebook"da yazıb ki, Kreml bu cür “ctimai manevrlərlə ukraynalı tərəfdaşlarına sülhdə heç də maraqlı olmadığını göstərir.

“Rusiya rejiminin nümayəndələrinin danışıqlara hazır olmaları, “Milad bayramı üçün barışıq” və Qərbdən “real” təkliflər gözləməsi ilə bağlı açıq manevrləri Rusiyanın Ukraynaya növbəti terror hücumuna hazırlaşmaq üçün sadəcə bəhanəsidir"- o deyib.

Nikolenko vurğulayıb ki, bütün dünya və Ukrayna Kremlin yalançı ritorikasına çoxdan öyrəşib, ona görə də Lavrovun son bəyanatlarının heç bir siyasi çəkisi yoxdur.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın Qərb tərəfdaşları Volodimir Zelenskinin təklif etdiyi “sülh formulu”na müsbət reaksiya veriblər.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova