Dünya Özəl

İsrail əsgərləri Nablusda 8 fələstinlini yaraladı — FOTO

İsrail əsgərləri Nablusda 8 fələstinlini yaraladı — FOTO

İsrail hərbçilərinin işğal altındakı İordan çayının qərb sahilinin şimalında Nablus şəhərinə təşkil etdiyi basqında 8 fələstinli yaralanıb.

Demokrat.az xəbər verir ki, şahidlərin bildirdiyinə görə, çoxlu sayda İsrail əsgəri yəhudi köçkünlərin daşınmasını təmin etmək və dini ayinlərini yerinə yetirmək üçün səhər saatlarında Nablusun şərqində "Yusifin oturacağı" kimi tanınan əraziyə basqın edib.

Bu zaman fələstinli gənclərlə İsrail qüvvələri arasında qarşıdurma yaşanıb.

İsrail qüvvələri güllələrlə gözyaşardıcı qazdan istifadə edərkən, fələstinlilər hərbi maşınların keçəcəyi yolu bağlayıb, avtomobil təkərlərini yandırıblar.

İsrail əsgərləri Nablusda 8 fələstinlini yaraladı — FOTO
Jalə ​​​​​​​Demokrat.az

D
demokrat.az