Kriminal Özəl

Naxçıvanda qaçaqmalçılıq edən Türkiyə vətəndaşının məhkəməsi başlayır

Naxçıvanda qaçaqmalçılıq edən Türkiyə vətəndaşının məhkəməsi başlayır

Naxçıvan Muxtar Respublikasında qaçaqmalçılıq etməkdə ittiham olunan Türkiyə vətəndaşı Fırat Mesut Mahmutun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, iş materialları baxılması üçün Sədərək rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Hüseyn Zülfüqarovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yanvarın 31-nə təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az