Dünya Özəl

Serbiya prezidentindən Rusiyaya qarşı “Vaqner” reaksiyası

Serbiya prezidentindən Rusiyaya qarşı “Vaqner” reaksiyası

Serbiya prezidenti Aleksandr Vuçiç Rusiyadan Ukraynada döyüşmək üçün Serbiyadan əsgər cəlb etməyi dayandırmasını tələb edib.

Demokrat.az xəbər verir ki,Serbiya mətbuatına açıqlama verən Vucic, "Vaqner" qruplaşmasının Ukraynada Rusiya ilə yanaşı döyüşmək üçün Serbiyadan əsgər cəlb etmək üçün bütün səylərə son qoymağa çağırıb.

Vuçiç sözügedən məsələnin ədalətli olmadığını vurğulayıb.

Serb dilində yayıma başlayan "Russia Today" (RT Balkan) kanalının "Vaqner"in Ukraynada döyüşmək üçün yeni serb könüllüləri axtarması xəbərinə toxunan Vuçiç, xaricdə silahlı münaqişələrdə iştirakın Serbiya qanunlarına zidd olduğunu vurğulayıb.

Bununla yanaşı, dövlət başçısı Serbiyanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən yeganə Avropa ölkəsi olduğunu xatırladıb.

Qeyd edək ki, Rusiya xəbər agentlikləri daha əvvəl Ukraynanın Rusiyanın nəzarətində olan ərazilərində özlərini “serb könüllüləri” kimi təqdim edən maskalı döyüşçülərin görüntülərini yayımlamışdı.

Həmçinin, Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın Soledar şəhərinin tutulmasında "Vaqner" özəl hərbi şirkətinin silahlılarının iştirak etdiyini bildirmişdi

Jalə Demokrat.az

D
demokrat.az