Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya PrezidentiFrank-Valter Ştaynmayerləcəbhədəki vəziyyəti və Ukraynaya müdafiə dəstəyinin artırılmasının zəruriliyini müzakirə edib.
Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, Zelenski Almaniyanın dəstəyinə görə Prezidentə təşəkkür edib:
"Ukrayna Almaniya rəhbərliyinin bu ilin əvvəlində qəbul etdiyi mühüm müdafiə qərarlarını, habelə Rusiyanın tammiqyaslı işğalının ilk günlərindən humanitar, maliyyə və müdafiə sahələrində əhəmiyyətli dəstəyini yüksək qiymətləndirir.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə videokonfrans görüşündə cəbhədəki vəziyyəti, Ukraynaya müdafiə dəstəyinin artırılmasının zəruriliyini və Ukrayna sülh formulasının həyata keçirilməsi üzrə diplomatik prosesi müzakirə etdik. Ordumuzu gücləndirən köməyə, maddi dəstəyə görə. mən Almaniya vətəndaşlarına bu çətin dövrdə ukraynalıları tək qoymadıqlarına görə təşəkkür etmək istəyirəm", - Ukrayna Prezidenti bildirib.
Leyla Demokrat.az


