Sosial Özəl

“Azercell”in xidmətləri məni qane etmir, məcburən istifadə edirəm” — Partiya sədrindən ETİRAF

“Azercell”in xidmətləri məni qane etmir, məcburən istifadə edirəm” — Partiya sədrindən ETİRAF

““Azercell” nömrəm olsa da, bu şirkətin nə internet, nə də ki, başqa kampaniyalarından istifadə edirəm”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev deyib.

Partiya sədri qeyd edib ki, “Azercell”in xidmətləri onu heç də qane etmir:

“Bəzi dostlarımda “Azercell” nömrəsi olduğu üçün məcburən ondan istifadə edirəm. Qeyd edim ki, “Azercell”i işlətdiyim dönəmlərdə internet paketindən istifadə etdim, lakin məni qane etmədi. Çünki aldığım qiqabaytlar çox tez qurtarırdı. Sonra keçdim digər mobil operatorun internet paketinə və fərqi gördüm. Həmin pula aldığım qiqabaytlar düz bir ay gedir. Və o vaxtdan "Bakcell" şirkətinin internet va başqa kampaniyalardan istifadə edirəm. Ona görə də, hamıya məsləhət görürəm”.

Nəzrin Demokrat.az

D
demokrat.az