Sosial

Salyanda 40 min sot torpaq 10 milyon manata satışa çıxarılıb — "Əl yandıran" bazar qiymətləri (FOTOLAR)

Salyanda 40 min sot torpaq 10 milyon manata satışa çıxarılıb — Əl yandıran bazar qiymətləri (FOTOLAR)

İnternetdə onlayn alqı-satqı portallarında satışa çıxarılmış torpaq sahələrinini qiymətləri istifadəçiləri təəccübləndirib.

Demokrat.az bildirir ki, Salyan rayonunda 40 min sot (400 hektar) torpaq satışa çıxarılıb və 10 milyon manat qiymət qoyulub.

Oxucuları satışa çıxaırlmış torpağın həcmi və qiymət heyrətləndirib.

Satış elanında sahibkarlara müraciət yer alır. Qeyd olunur ki, anbar və ya istehsalat sahəsi tikib icarə vermək üçün əlverişli yerdir. Mülkiyyət sənədlir də var. Elan sosial şəbəkə istifadəçiləri arasında müzakirə doğurub.

Bu saytlarda qiyməti milyonu aşan daşınmaz əmlakla bağlı elanlar nəzərə çarpır.

Məsələn, Bakıda, Atatürk prospektində “Milyonçular məhəlləsi” kimi tanınan yerdə 6 sot torpaq sahəsi və için köhnə ev 1 milyon 250 min manata satılır.

Salyanda 40 min sot torpaq 10 milyon manata satışa çıxarılıb — Əl yandıran bazar qiymətləri (FOTOLAR)
Buzovnada 108 sot torpaq sahəsinə isə 378 min manat qiymət qoyulub.
Salyanda 40 min sot torpaq 10 milyon manata satışa çıxarılıb — Əl yandıran bazar qiymətləri (FOTOLAR)
“İnşaatçılar” metrosuna yaxın “Tri Korona” adlanan binaların yaxınlığında 31 sot torpaq isə 6 milyon manata satılır.
Salyanda 40 min sot torpaq 10 milyon manata satışa çıxarılıb — Əl yandıran bazar qiymətləri (FOTOLAR)
Maştağada, Savalan qəsəbəsində 100 sot torpaq 480 min manata satışa çıxarılıb.
Salyanda 40 min sot torpaq 10 milyon manata satışa çıxarılıb — Əl yandıran bazar qiymətləri (FOTOLAR)
Maştağada daha ( 5 Ha.) 500 sot torpaq sahəsi 2 milyon manata satılır.
Salyanda 40 min sot torpaq 10 milyon manata satışa çıxarılıb — Əl yandıran bazar qiymətləri (FOTOLAR)
Sabunçu rayonu, Zabrat qəsəbəsində 2.5 ha (250 sot) torpaq sahəsi 470 min manata satılır!
Salyanda 40 min sot torpaq 10 milyon manata satışa çıxarılıb — Əl yandıran bazar qiymətləri (FOTOLAR)
Binəqədi rayonu 7 ci mikrorayonda 2 hektara yaxin 185 sot torpaq sahəsi 3 milyon 2oo min satılır.
Salyanda 40 min sot torpaq 10 milyon manata satışa çıxarılıb — Əl yandıran bazar qiymətləri (FOTOLAR)
Mərdəkan qəsəbəsi, Qizil Qum bağlarinda 94 sot torpaq sahəsinə 1 milyon 457 min manat qiymət qoyulub.
Salyanda 40 min sot torpaq 10 milyon manata satışa çıxarılıb — Əl yandıran bazar qiymətləri (FOTOLAR)
Ölkədə daşınmaz əmlak bazarında belə qiymətlərin hansı marketinq qaydası ilə qiymətləndirldiyi məlum deyil./Azpost.info

D
demokrat.az