Bolqarıstan Müdafiə və Xarici İşlər nazirlikləri Ukraynaya vasitəçilərin köməyi ilə Su-25 təyyarələri göndərməsi barədə xəbəri təkzib edib.
Bubarədə xarici işlər naziri Nikolay Milkov ayrıca açıqlama verib.
“Bu barədə ilk dəfə sizdən eşidirəm”, - nazir jurnalistin sualına cavab verib.
Bundan əvvəl,Bloombergagentliyi Bolqarıstanın 14 Su-25 qırıcı təyyarəsini Ukraynaya göndərmək planları barədə yazmışdı.


