Kriminal Özəl

Azərbaycanda 35 yaşlı kişi sərxoş qonağını bıçaqladı

Azərbaycanda 35 yaşlı kişi sərxoş qonağını bıçaqladı

Tovuz rayonunda 1988-ci il təvəllüdlü Rafiq qonşusu Elşada xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Tovuz rayonunun İbrahimhacılı kəndində baş verib. Rafiq yaşadığı evin qonaq otağında həmkəndlisi Elşadla yemək yeyib, spirtli içki qəbul etdikdən sonra sonuncu onun ünvanına söyüş söyüb.

Daha sonra Rafiq Elşadı yaşadığı evdən çıxarıb və öz evinə getməsini tələb edb. Elşad isə yenidən geri qayıdaraq onun yaşadığı evin zirzəmisinə icazəsi olmadan girib.

Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Rafiq Elşadın baş və bədəninin digər nahiyyələrinə yumruq, təpik və hadisə yerindən götürdüyü şüşə butulka ilə qəsdən vurub.

İstintaq orqanı tərəfindən Rafiqin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rafiq ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, rəsmi olaraq heç bir yerdə işləməyib, günəmuzd fəhləlik edib və ailəsini dolandırıb: “Elşadı 30 ilə yaxındır tanıyıram. Onunla aramızda hər hansı düşmənçilik və ədavət olmayıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, dekabrın 26-da, saat 18-19 radələrində Elşad onun yaşadığı evə gəlib: “Həmin vaxt yemək yeməyə hazırlaşdıq. Elşad evimə gələrkən sərxoş olub, Elşad əlində dolu araq şüşəsi ilə gəlmişdi. Elşad mənə araq içməyi təklif etdi. Mən isə Elşada içmək istəmədiyimi dedim. Lakin Elşad israr etdikdə öz evimdə onunla oturub araq içdim. Biz arağı içdikdən sonra Elşad sərxoş olduğu üçün ünvanıma söyüş söydü. Elşadın sərxoş olduğunu gördüm. Ona evimin həyətindən çıxıb getməsini bildirdirdim. Elşadı göndərdikdən təxminən 15-20 dəqiqə sonra Elşad gəldi. Onun evimin zirzəmisinə girdim. Evə yanacaq üçün odun gətirməyə evin zirzəmisinə daxil olduqda orada Elşadı gördüm. Elşaddan zirzəmiyə nə üçün girdiyimi soruşdum. Elşad mənə yaxşı edirəm dedi. Bundan sonra aramızda sözlə mübahisə yarandı. Elşadla mübahisə edərkən onun sifətinin sol hissəsindən bir şillə və bir yurmuq vurdum. Elşadı vurduqdan sonra getdi. Həmin vaxt Elşadı butulka ilə vurmadım, əlim ilə vurdum”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən sonra Elşadla barışmağa cəhd edib: “Elşad məndən pul istədi. Pulum olmadığı üçün Elşada pul verə bilmədim. Bütün bunlara baxmayaraq əməlimdən səmimi peşmanam”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Rafiq 3 il 2 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az